Həmin universitetin təmirinə nə qədər xərclənəcək? – Məbləğ
23.11.2024
-
12:58
|
|
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı kompleksində təmir işləri həyata keçiriləcək.
Referans.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti hazırlıqlara başlayıb.
Qurum sözügedən işlərin icrasını “NN Constraction” MMC-yə həvalə edib və onunla dəyəri 791.264,3 AZN (791 min 264 manat 3 qəpik) olan müqavilə bağlayıb.
Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan “NN Constraction” MMC-nin qanuni təmsilçisi Niyaməddin Cəlil oğlu Məcidzadədir.