Mənzil almaq istəyənlərin DİQQƏTİNƏ: Tez alın, bahalaşma olacaq 

menzil-almaq-isteyenlerin-diqqetine-tez-alin-bahalasma-olacaqnbsp-1732684561
|
|

Hazırda paytaxtın mənzil bazarında durğunluq müşahidə olunur. Lakin bunun əksinə olaraq bir sıra ərazilərdə mənzillərin qiymətlərinin ötən aylara nisbətən bahalaşdığını müşahidə etmək olar.

Referans.az  xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin məlumatına görə, 2024-cü ilin oktyabr ayında paytaxtın mənzil bazarında qiymətlər əvvəlki ayla müqayisədə orta hesabla 0,6 faiz artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə isə bu ilin üçüncü rübündə ölkədə mənzillər ikinci rüblə müqayisədə 3,8 faiz bahalaşıb. Ən çox artım yeni tikilən yaşayış sahələrində olub. Onların qiyməti 4,3 faiz bahalaşıb.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, qiymət artımına səbəb tələbatın çox olmasıdır.

"Çıxarışlı mənzillərin qiymətlərində artım ən çox ipoteka kreditlərinin verildiyi müddətdə olur. Buna səbəb həmin əmlakların ipoteka yolu ilə satışa yararlı olmasıdır. Tələbat daha çox çıxarışlı ipoteka predmetinə çevrilə bilən ümumi sahəsi geniş olmayan mənzillərədir. Hazırki statistikaya nəzər salsaq, daha çox satılan evlər kredit şərtləri ilə satılan evlərdir. Hər hansı əmlak kreditli şərtlərlə satılırsa, artıq həmin əmlakları kredit müddətləri bitməyənə qədər vətəndaşlar həmin evləri satmırlar. Buna görə də tələbat artır, mənzil sayı azalır, deyə qiymətlərdə bahalaşma müşahidə olunur".