VACİB XƏBƏR! Kredit şərtləri dəyişir... Hər kəs üçün əlçatan OLACAQMI?

vacib-xeber-kredit-sertleri-deyisir-her-kes-ucun-elcatan-olacaqmi-1732704943
|
|

Yeni dəyişikliklərə görə bank olmayan kredit təşkilatlarının fəaliyyəti "Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası"na əsasən tənzimlənəcək. "Azpulmat" və "Manato" kimi təşkilatlar ən çox 500 manat kredit verə biləcəklər və gündəlik faiz dərəcəsi maksimum 0,3% olacaq. Borcun qaytarılma müddəti isə 45 gün olacaq. Kredit təşkilatlarının kredit vermə proseduru vətəndaşlar üçün hansı çətinliklər yaradır? Ümumiyyətlə kredit şərtlərinin nisbətən sadələşdirilməsi mümkündürmü?


Mövzu ilə bağlı iqtisadi məsələr üzrə ekspert Natiq Cəfərli Referans.az-ın suallarını cavablandırarkən bildirib ki, faiz nisbətlərinə baxdıqda bank olmayan kredit təşkilatlarının faizlərinin banklardan çox yüksək olduğunu görürük. Sadəcə olaraq bank olmayan kredit təşkilatlarının faizlərinin yüksək olması tez və asanlıqla kredit rəsmiləşdirilməsinə imkan verir. Bu sahə riskli bir sahə olduğu faizlər də yüksəkdir. Əslində bu məsələni bazar tənzimləməlidir. Bu vətəndaşın seçim imkanına bağlı olan məsələlərdir. Heç kim vətəndaşı məcbur etmir ki, belə təşkilatlardan kredit alsın. Demək ki, vətəndaşlar məcbur olub kredit götürməyə qərar verirlər.




Ekspert onu da diqqətə çatdırıb ki, bir çox hallarda banklarda borcu olan və ya kredit tarixçəsi mənfi olan vətəndaşlar da məcbur olub belə kreditlər götürürlər. Bu yanaşma çox təhlükəli yanaşmadır. Bir müddətdən sonra kredit götürən vətəndaşların sayı o qədər arta bilər ki, bu bank sektoruna müəyyən təhlükələr yarada bilər.


“Məlumdur ki, Azərbaycanda istehlak kreditləri kreditlərin təqribən yarısını təşkil edir. Bu isə çox yüksək bir göstəricidir. Bu məsələlərə diqqət yetirmək lazımdır. Bu mexanizm dövlət tərəfindən deyil dolayı şəkildə tənzimlənir. Burada dövlət tərəfindən vətəndaşların hüquqlarının qorunması mexanizmlərinin işlənib hazırlanmasına ehtiyac var”,- deyə ekspert qeyd edib. 


Bünyamin Bünyadzadə

Referans.az