160-a yaxın avtobusun dayanacaq yeri müvəqqəti dəyişdirildi

27.11.2024
-
19:13
|
|
Noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Avropa Liqasının əsas mərhələsində baş tutacaq “Qarabağ”–“Lion” oyunu ilə əlaqədar Stadionun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə bu gün saat 14:00-dən avtobusların girişi məhdudlaşdırılıb.
Bu barədə Referans.az-a AYNA-dan məlumat verilib.
Xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin ediləcək.
Məhdudiyyətlə əlaqədar 13 müntəzəm marşrut üzrə 160-a yaxın avtobusun dayanacaq yeri dəyişdirilərək müvəqqəti olaraq “Gənclik Mall” qarşısındakı dayanacaqdan təşkil edilib.