Milli Məclisə yeni maşınlar alındı

Milli Məclisə xaricdən gələn qonaqların sayı ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb.
Referans.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il üçün xərclər smetası"nın müzakirəsi zamanı Milli Məclisin İşlər müdiri Firudin Hacıyev deyib.
İşlər müdiri bildirib ki, 2024-cü ilin xərclər smetasında nəzərdə tutulmuş vəsait hesabına 2024-cü ildə deputatların işinin səmərəliliyini artırmaq məqsədilə 2006-2009-cu illərdə plenar iclas salonunda quraşdırılmış kompüterlər planşetlə əvəzlənib:
"Bundan başqa Milli Məclisin avtomobil parkının yenilənməsi məqsədilə yeni avtomobillər alınıb. Milli Məclisin maşın zalında, avtoparkda iclas salonlarında tələb olunan təmir işləri bu gün də davam etməkdədir".