Çin vətəndaşı azərbaycanlıların 10 milyon dollarını mənimsədi - DİN hərəkətə keçdi

cin-vetendasi-azerbaycanlilarin-10-milyon-dollarini-menimsedi-din-herekete-kecdi-1732731134
|
|

  Vanq Tianbao adlı Çin vətəndaşının Bakıda avtomobillə təmin edəcək vədi ilə onlarla Azərbaycan vətəndaşının 10 mln ABŞ dollarından artıq pulunu mənimsədiyi iddia edilir.

Referans.az Teleqraf.com-a istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Anar Qafarov qeyd edilən məsələnin nəzarətə götürüldüyünü deyib: "Müvafiq araşdırmaların aparılması Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə həvalə edilib. Hazırda zərər çəkmiş şəxslərin müraciətləri əsasında zəruri istintaq tədbirləri həyata keçirilir. Araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək".