TƏCİLİ! Azərbaycanda dağıdıcı zəlzələ GÖZLƏNİLİR? – Qurban Yetirmişli AÇIQLADI
Son günlər Azərbaycanda zəlzələlərin olacağı bağlı müxtəlif informasiya mənbələrində müxtəlif məlumatlar yayılmaqdadır. Elmi tədqiqatlara görə Azərbaycan seysmoloji baxımdan Ərəbistan və Avrasiya tektonik plitələrinin kəsişməsində yerləşdiyi üçün “zəlzələ bölgəsi” hesab edilir. Əslində hər gün "zəlzələ" baş verir, lakin onlardan çoxu kiçik təkanlar olduğu üçün hiss edilmir.
Bəs ümumiyyətlə ölkəmizdə dağıdıcı zəlzələlər gözlənilirmi? Belə bir ehtimal nə dərəcədə mümkün ola bilər? Bu və ya digər suallarla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Referans.az- a açıqlamasında bildirib ki, bundan əvvəlki mediaya olan açıqlamasında bu barədə konkret fikirlərini izah edib.
Qurban Yetirmişli vurğulayıb ki, Azərbaycanda ümumiyyətlə dağıdıcı zəlzələlərin olması ehtimalı yoxdur. Buna görə əhalimizin narahat olmasına heç bir ehtiyac yoxdur. Çünki hazırda ölkəmizdə zəlzələ ilə bağlı heç bir təhlükə yoxdur.
Baş direktor onu da diqqətə çatdırıb ki, Azərbaycanda demək olar ki, hər gün kiçik yeraltı təkanlar baş verir. Misal üçün bu gecə ölkəmizdə 24 yeraltı təkan olub. Təbii ki, bu zəlzələlərin içərisində hiss olunanları da var ümumiyyətlə hiss olunmayanları da.
"Bir daha qeyd edirəm ki, Azərbaycanın heç bir bölgəsində yaxın gələcəkdə dağıdıcı zəlzələlərin olması gözlənilmir. Həmçinin biz hər gün ölkəmizdə yerdaxili tədqiqatlarımızı da aparırıq",- deyə Qurban Yetirmişli əlavə edib.
Bünyamin Bünyadzadə