İsmayıllıda torpaq sürüşməsi: Ev ikiyə bölündü

ismayillida-torpaq-surusmesi-ev-ikiye-bolundu-1732975223
|
|

  İsmayıllı rayonunun Basqal kəndi ərazisində torpaq sürüşməsi baş verib.

Referans.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə nəticəsində ikimərtəbəli tikiliyə ciddi ziyan dəyib.

Qeyd olunub ki, yol tikintisi zamanı evin yan-yörəsi qazılıb. Bundan sonra isə yolda çökmə əmələ gəlib və torpaq sürüşməsi baş verib.

"Nəticədə Mais Ağayusif oğlu Əhmədova məxsus ikimərtəbəli tikili ikiyə bölünüb. Hazırda ərazi təhlükəli vəziyyətdədir", - deyə məlumatda bildirilir.