ŞOK İDDİA: Bəşər Əsəd bu ölkəyə qaçdı

sok-iddia-beser-esed-bu-olkeye-qacdi-1733077539
|
|

Suriyada Heyət Təhrir Dəməşqin başçılıq etdiyi silahlı müxalif qruplar Hələb və İdlib kimi iki böyük şəhəri qısa müddətdə rejim ordusundan ələ keçirərkən, prezident Bəşər Əsədin son durumu bəlli oolub.

Referans.az Türkiyə KİV-nə stinadla xəbər verir ki, müxalifətin irəliləyişini dayandıra bilməyən Əsədin tələsik Rusiyaya qaçdığı iddia edilib.

Digər tərəfdən, Kreml Sarayından Suriya lideri Bəşər Əsədin kömək ümidi ilə tələsik Moskvaya gəlməsi ilə bağlı yayılan xəbərlərlə bağlı "Şərh yoxdur" açıqlaması verilib.

"Suriya lideri Bəşər Əsədin Rusiyaya gəlib-gəlməməsi sualını cavabsız qoyuram. Bu barədə izahatım yoxdur. Lakin bildirmək istəyirəm ki, Suriyanın Hələb şəhəri ətrafında baş verən son hadisələri Suriyanın ərazi bütövlüyü və suverenliyinə hücum kimi qiymətləndiririk. Bizim gözləntimiz Suriya qüvvələrinin bölgəyə nəzarəti ələ keçirməsi və konstitusiya nizamını bərqərar etməsidir", - Kremlin sözçüsü Dmitri Peskov deyib. /publika.az