Subay oğlanla münasibət quran ərli qadın ELƏ BİR ETİRAF ETDİ Kİ... - "Üzüyümü verdim..." / VİDEO
Qadına şantajla pul tələb etməkdə ittiham olunan 1993-cü il təvəllüdlü Emil Quliyevin məhkəmə prosesi başa çatıb.
Referans.az xəbər verir ki, Emil Quliyev Səbinə Səmədovanın onunla intim əlaqədə olması ilə bağlı ərinə, anasına və atasına məlumat verəcəyi, hər şeyi, telefonunda olan intim fotoşəkillərini sosial şəbəkədə yayıb onu rüsvay edəcəyi ilə hədələyib.
Səbinə Səmədovanın sözlərinə görə, 2018-ci ilin sonlarında Emin Quliyevlə tanış olub: “Vladimirovka kəndində yolla gedərkən tanımadığım bir nəfər yaxınlaşaraq məndən xoşu gəldiyini, tanış olmaq istədiyini dedi. Özünü Emil kimi təqdim etdi. Yolla gələrkən bir qədər söhbət etdik. Ona evli və iki uşağımın olduğunu dedim. Emil mənə subay olduğunu və məndən xoşunun gəldiyini söylədi. Ona ancaq telefonla danışmaq istədiyimi dedim. Telefon nömrəsini Emilə verdim, telefonla danışmağa başladıq.
Bir neçə gün danışdıqdan sonra həyat yoldaşımla barışacağımı fikirləşdim. Bu səbəbdən Emilə zəng edərək artıq danışmaq istəmədiyimi bildirdim, daha zəng etməməsini və nömrəmi silməsini xahiş etdim”.
Səbinə Səmədova bildirib ki, Emil ona onun başına oyun açacağını, ondan ayrıla bilməyəcini deyib: “Emil mənə özü istəməsə, ayrıla bilməyəcəyimi, hamıya mənimlə danışdığını yayacağını söylədi, mənimlə əlaqədə olmağı tələb etdi. Mənə hədə-qorxu gələrək ş*ntaj elədi.
Qorxdum ki, Emil mənimlə danışıqlarımı telefonuna yazır. Onun istədiklərini edəcəyimə söz verdim, sonra məni narahat etməməsini xahiş etdim. Həmin gün Emillə görüşdüm, əlaqədə oldum”.
Daha ətraflı videoda: