Valideynlərin NƏZƏRİNƏ: Yeni ildə övladlarınıza bu məhsulları almayın!

valideynlerin-nezerine-yeni-ilde-ovladlariniza-bu-mehsullari-almayin-1733402627
|
|

Yeni ilin astanasındayıq. Bayramın gəlişi ilə əlaqədar mağazalarda uşaqlar üçün hədiyyələr satışa çıxarılıb.


Referans.az xəbər verir ki, hədiyyələrin qiyməti 5 manatdan başlasa da, 10, 18 manata satılanlar da var. Bəs valideynlərin balacaları sevindirmək üçün aldıqları bu hədiyyə bağlamalarının içi də qablaşdırması qədər keyfiyyətlidirmi?


Adətən Yeni il hədiyyəsi alarkən bağlamanın içini açıb baxmaq olmur. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, bəzən böyük biznes qurumları vaxtı keçmiş məhsulları gözoxşayan, fərqli qablaşdırılmada istehlakçılara satır.


“İllərdir biznes qurumları vaxtı keçmiş, pis vəziyyətdə saxlanılmış, geri qaytarılmış malları qablaşdıraraq Yeni il şənlikləri təşkil edən müəssisələrə, yaxud birbaşa istehlakçılara satır. Yeni ildən sonra Azad İstehlakçılar Birliyinə bu məhsullardan zəhərlənmə ilə bağlı gələn şikayətlər birinci yerdədir”, – deyə E.Hüseynov bildirib.


Qida mütəxəssislərinin sözlərinə görə, hədiyyə bağlamalarının saxlanılma qaydalarına düzgün əməl edilməlidir. Əsk halda qutunun içindəki məhsulların tərkibi dəyişə və zəhərlənməyə səbəb ola bilər.


Daha ətraflı Baku TV-nin süjetində: