Putin təsdiqlədi: Rusiya və Belarus təhlükəsizlik sazişi imzalayacaq
05.12.2024
-
21:58
|
|
Rusiya və Belarus təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayacaq.
Referans.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Məlumata görə, prezident Putin Rusiya Xarici İşlər Nazirliyinin İttifaq dövləti çərçivəsində təhlükəsizlik zəmanətləri haqqında saziş imzalamaq təklifini qəbul edib.
Rusiya Prezidentinin sərəncamında deyilir: “Biz sazişin ən yüksək səviyyədə imzalanmasını məqsədəuyğun hesab edirik”.
Bildirilir ki, prezidentlər səviyyəsində növbəti Rusiya-Belarus görüşü dekabrın 6-da Minskdə keçiriləcək.