Bakıda DƏHŞƏTLİ CİNAYƏT: qardaş bacısını küçənin ortasında ÖLDÜRDÜ

bakida-dehsetli-cinayet-qardas-bacisini-kucenin-ortasinda-oldurdu-1733735030
|
|

Dekabrın 6-da saat 18:00 saatlarında Xətai rayonu Zığ yolu küçəsində paytaxt sakini 1998-ci il təvəllüdlü Aygün Həsənovaya kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov hadisə ilə bağlı açıqlama verib.

O bildirib ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxsin zərərçəkənin qardaşı Məhəmməd Həsənov olduğu müəyyən olunub və o, saxlanılıb. Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir.