Suriyaya qayıtmaq istəyənlərə 1000 avro veriləcək
09.12.2024
-
22:52
|
|
Bundestaq deputatı Yens Şpan Bəşər Əsəd hökumətinin devrilməsi fonunda Almaniyadan vətəninə qayıtmağa razılıq verən hər bir suriyalıya 1000 avro ödəməyi təklif edib.
Referans.az xəbər verir ki, bu barədə “Bild” yazır.
“İlk addım olaraq deyərdim ki, biz belə təklif verə bilərik. Suriyaya qayıtmaq istəyənlərə təyyarəyə mindirib 1000 avro pulu verəcəyik” - deputat qeyd edib.
Almaniya hakimiyyət orqanları artıq suriyalıların sığınacaq müraciətlərinə baxılmasını dayandırıb./Teleqraf.com