Qroznıya PUA hücumu edildi: Güclü partlayış - VİDEO 

qrozniya-pua-hucumu-edildi-guclu-partlayis-videonbsp-1734251645
|
|

Bu gün səhər saatlarında Çeçenistanın Qroznı şəhərinə PUA hücumu edilib.

Referans.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, hücumun hədəfi OMON-un bazası və 2-ci alay olub.

Hücum nəticəsində bir neçə partlayışın baş verdiyi bildirilib.

Yerli hakimiyyət orqanları hücumla bağlı yayılmış görüntüləri sosial şəbəkələrdən silməyə çalışırlar. Lakin görüntülər Teleqram kanallarında yayılmağa başlayıb.

Qeyd edək ki, bu, bir həftə ərzində Qreoznıya ikinci PUA hücumudur./axar.az