Tramp ABŞ-da yay vaxtına keçidi ləğv edəcək
15.12.2024
-
14:35
|
|
ABŞ-ın yeni seçilmiş Prezidenti, respublikaçı Donald Tramp dekabrın 14-də bildirib ki, onun partiyası ölkədə yay vaxtına keçidi ləğv etməyə çalışacaq.
Referans.az xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.
Amerika Birləşmiş Ştatlarında 1966-cı ildə yay vaxtına keçid qəbul olunub. Lakin Arizona, Havay, Amerika Samoası əraziləri, Quam, Şimali Mariana, Puerto Riko və Virgin adaları istisna təşkil edir.