Paşinyan elan etdi: “Bakıya qarşı iddiaları geri götürəcəyik”
19.12.2024
-
20:23
|
|
Ermənistan beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddialarını geri götürə bilər”.
Referans.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, rəsmi İrəvan iddiaları geri götürməyə hazırdı.
“Əgər Bakı ilə sülh müqaviləsi imzalanarsa, bu zaman biz beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı qaldırdığımız bütün iddiaları geri götürəcəyik”, – deyə Paşinyan vurğulayıb./Globalinfo.az