Dostunu elə aradan götürdü ki, heç kəs ondan şübhələnmədi... - Dəhşətli SİLSİLƏ QATİL
21 dekabr 2018-ci ildə Kürdəmirin Atakişili kəndi ərazisindəki kanalın kənarından insan sümüklərinə bənzər sümüklər və mavi cins şalvar tapılıb. Kənd sakini olan bir çoban atının sürüdən uzaqlaşdığını görüb ona tərəf gedərkən sümüklər ayağının altında qalıb. Ekspertlər hadisə yerinə gəlir və əlaməıtlərindən həmin sümüklərin insana aid olduğu bilinib.
Referans.az xəbər verir ki, Azərbaycanın bütün rayonlarına itkin düşmüş şəxslərlə bağlı sorğu göndərilib. Bir neçə rayondan gəlmiş cavablarla skeletin DNK-sı uyğun gəlmir. Sonda prokororluq 25 dekabr 2018-ci ildə elə həmin kənd - Kürdəmirin Atakişili kənd sakini itkin düşmüş Tərxan Əliyarovun üstündə qalıb. Müvafiq orqanda müqayisəli tədqiqat aparılaraq çənə sümüyü və dişlərin 99/983 ehtimalla Tərxan Əliyarova məxsus olduğu sübut olunub və Kürdəmir prokurorluğunda və cinayət işi başlanıb.
Baş ədliyyə müşaviri Ələmdar Məmmədov da etiraf edib ki, bu cinayətin zamanında açılmamasının subyektiv səbəblərindən biri də işin stajora həvalə olunmasıdır. Çünki bu kimi çətin işlər peşəkar kadrlara verilməlidir. Beləcə icraat dayandırılır... 3 il Tərxan ölüm səbəbi, qatil barədə heç bir məlumat üzə çıxmayıb. Ta ki... Bu yerə qayıdacağıq... Amma gərək ki, bu cinayətin üstünün açılmasına səbəb olmuş başqa bir hadisə barədə də məlumatınız olsun.
Daha ətraflı videoda: