Ukrayna bəyan etdi: “2025-ci il yanvarın 1-dən…”

ukrayna-beyan-etdi-2025-ci-il-yanvarin-1-den-1734718427
|
|

  Ukrayna 2025-ci il yanvarın 1-dən Rusiya qazının tranzitini dayandıracağını açıqlayıb.

Referans.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmiqal deyib.

O bildirib ki, ölkə 2025-ci il yanvarın 1-i səhər saat 7:00-da Rusiya qazının tranzitini dayandıracaq. Çünki beşillik müqavilə başa çatmaq üzrədir.

“Ukraynanın mövqeyi çox aydındır. Biz Rusiyanın qaz və ya neft molekulunun satışını təmin etməklə təcavüzkara hər cür dəstəyin əleyhinəyik. Əgər söhbət Rusiya qazından getməsə, o zaman tranzitin bərpası Avropa Komissiyasının tələbi ilə mümkün olacaq”, – deyə Şmiqal vurğulayıb.