Ərdoğan sərt reaksiya verdi
21.12.2024
-
18:00
|
|
Ötən gün Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkasına edilən iyrənc hücumu qətiyyətlə pisləyirəm.
Referans.az axar.az-a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Hücumda həyatını itirənlərin ailələrinə, dost Almaniya xalqına və hökumətinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram", - Türkiyə lideri vurğulayıb.
Qeyd edək ki, ötən gün axşam Maqdeburqda Milad yarmarkasında avtomobil izdihamın üzərinə sürülüb. Nəticədə 4 nəfər ölüb, 205 nəfər isə yaralanıb.