DİQQƏT! Ölkədə bu xəstəlikdən əziyyət çəkənlər KƏSKİN ARTIB - Hansı tədbirlər görülür? 

diqqet-olkede-bu-xestelikden-eziyyet-cekenler-keskin-artib-hansi-tedbirler-gorulurnbsp-1736424555
|
|

Paytaxtın dializ mərkəzlərində sıxlıq var.


Bu, ölkədə böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin sayının kəskin artdığının göstəricisidir.


Professor, tanınmış həkim Adil Qeybulla Referans.az-a açıqlamasında bu haqda danışıb.




“Dializ xəstələri xroniki, bəzən isə kəskin böyrək çatmazlığı olan böyrək xəstələridir. Bunların sayının artması son dövrlər, xüsusilə də, COVID19 pandemiyasından sonra da autimul xəstəliklərinin də sayının artması ilə bağlıdır. Yəni autimul nifridlərin sayı artıb, orqanizm öz böyrəyini yad cisim kimi görür, onunla mübarizə aparır və onu sıradan çıxarır. Bu, bir variantdır. Müxtəlif xəstəliklər böyrək çatmazlığına səbəb olur. Böyrək funksionallıq göstərə bilmədikdə, orqanizmdən şlakları xaric edə bilmədikdə dializə ehtiya yaranır. Bu, qanın ekstrakarporal filtrasiyasıdır”.


Professor bildirib ki, dializ xəstələrinin sayının artmasının təməlində əhalinin sayının artması da dayanır.


“Bu xəstəliklə bağlı proseslər Azərbaycan yaxşı şəkildə təşkil olunub. 1 saylı Kliniki Tibbi Mərkəzdə, Neftçilər xəstəxanasında, bəzi özəl sektora aid tibb müəssisələrində böyrək çatmazlığı ilə mübarizə aparan dializ mərkəzlərimiz mövcuddur. Düzdür, bu işin tam həlli orqan nəqli ilə həyata keçirilir. Lakin heç də hər xəstədə bu mümkün olmur, bəzən xəstənin vəziyyəti buna imkan vermir. Bu məsələ ölkəmizdə hələ tam qaydaya salınmayıb. Donor haqqında qanun olsa da, donor mənbəyi məsələsi açıq olaraq qalır. Çünki bizdə beyin ölümü keçirmiş insanlardan orqan götürmək problemi psixoloji olaraq cəmiyyətdə öz həllini tapmayıb. Əsas problem budur. Təbii ki, bunlar zaman və inkişaf məsələsidir”.


Həkim son olaraq qeyd edib ki, bu problemi dünyanın ələ aldığı həll yolu ilə azaltmaq istəyiriksə, bu zaman əvvəlcə orqan nəqli məsələlərini də qaydasına salmalıyıq.

 

Fidan Vəlisoy