“Xanımımı sevmirəm” — Alim Qasımov (VİDEO)

xanimimi-sevmirem-alim-qasimov-video-1737636146
|
|

Xalq artisti Alim Qasımov xanımı ilə bağlı açıqlamalar verib.


Referans.az Olay.az-a istinadən xəbər verir ki, xanəndə iş xanımı Ruhiyyə Əliyevanın RTV-də yayımlanan “Qaranlıqda həqiqət” layihəsində danışıb. O, R, Əliyevanın “Bilirik ki, həyat yoldaşınızı çox sevirsiniz” fikrinə maraqlı münasibət bildirib: “Haradan bilərsiniz? Mən sevmirəm axı. Sevmək ayrı bir şeydir, müvəqqətidir. Sinifdə də sevirsən, böyüyəndə də sevirsən, sonra pəncərələrə baxırsan...


Bunlar hamısı sevgidir. Mən savadsız, təbli adamam. Elə bir elmim, plan qurmağım olmayıb. Adamlar var ki, deyir, bunu edəcəm, buranı oxuyacam və sairə. Mən bu xanımı almışam, heç o da məni sevməyib. Mən də elə sevgilərlə yaşamamışam. Allaha qurban olum. İndi deyirəm, xanımı Allah mənə verib ki, bu insana kömək et.



Mənim Asəf Zeynallıya daxil olmağım onun qohumu Siyavuş Aslanın sayəsində olub. Qayınanam gördü ki, əlim hər yerdən üzülüb, bir uşaq var, ruzi-bərəkət yox, mən də avara. Siyavuşa deyib ki, kürəkənimi ora düzəlt, yoxsa neft töküb özümü yandıracam. O da rəhmətlik Vasif Adıgözəlova deyib. Bu, Allahın lütfüdür.



Biz 8-ci sinifə qədər birgə oxumuşuq, o, həmişə 5 alırdı, mən 2. O, bərk gedən idi, mən şalvarı yamaqlı bir adam. Allahın bir qisməti idi, belə olmalıydı ki, mənə kömək etsin. Məsələn, indi səhnədə boğazımda nəsə olanda, məndən qabaq boğazı tutulur. Allahın qismətidir, deyirəm, özündən çox razı olma, ağzın nə idi ki, mənə yoldaş olmayasan. Hərdən özündən çıxır, “mən” deyir... Özündən çıxmır, amma hiss etdirir. Deyirəm, səni Allah göndərib, özünü yaxşı apar”.