"Qarabağ" - FCSB oyununda 7 dəqiqəyə 2 qol
23.01.2025
-
22:05
|
|
"Qarabağ" Bakıda Rumıniyanın FCSB komandası ilə keçirdiyi UEFA Avropa Liqasının VII tur matçında hesabı erkən açıb.
Referans.az-ın məlumatına görə, 2-ci dəqiqədə Leandro Andrade fərdi keçid edərək, təkbərək qaldığı rəqib qapıçını məğlub edib.
Lakin qonaqlar tezliklə bərabərlik qolunu vurublar. 7-ci dəqiqədə Adrian Şut fərqlənib.