Salyanda İYRƏNC OLAY: Meyxanaçı iki azyaşlını evinə apardı... / VİDEO
Salyanda meyxanaçılardan biri yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlər edib.
Referans.az xəbər verir ki, həmin meyxanaçı 2013-cü il təvəllüdlü Nərmini 2014-cü il təvəllüdlü bacısı ilə Vüsalə ilə birlikdə yaxınlıqdakı ərzaq mağazasından çörək alaraq çölə çıxdıqlarını görüb. Qızlara yaxınlaşan meyxanaçı dondurma və oyuncaq verəcəyi ilə aldadaraq evinə dəvət edib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən meyxanaçı özünü ittiham üzrə təqsirli bilməyib.
O, qeyd edib ki, 2023-cü il mayın 31-də bir qədər spirtli içki içib, təxminən saat 12 radələrində Salyan şəhərində Nəriman adlı şəxsin işlətdiyi ərzaq mağazasının qarşısında kölgədə dayanıb: “Həmin vaxt Təranənin qızları Nərmin və Vüsalənin birlikdə mağazaya gələrək çörək aldıqlarını gördüm. Mən həmişə həmin uşaqları küçədə görəndə onlara dondurma almışam. Bu dəfə də Nərminlə Vüsaləni görəndə dedim ki, dondurma və sok almışam, evimə gəlin, sizə yumşaq oyuncaqlar da verəcəm. Uşaqlar sevinərək gələcəklərini deyib, qaçaraq öz evlərinə tərəf getdilər. Mən də yaxınlıqdakı evimin həyətinə girdim.
Nərmin və Vüsalə həyətə gələndə onları evə dəvət etdim. Otaqda uşaqlara dondurma və limonad verdim. Daha sonra uşaqları o biri otağa dəvət etdim. Divanın baş hissəsində cərgə ilə düzülmüş yumşaq uşaq oyuncaqlarını göstərdim, hansını istəsələr götürə biləcəklərini dedim. Uşaqlar hərəyə bir yumşaq oyuncaq götürdülər, sonra birlikdə evdən həyətə çıxdıq.
Daha ətraflı videoda: