ABŞERONDA 59 yaşlı qadını avtomobil vurub
26.01.2025
-
13:11
|
|
Abşeron rayonunun Məmmədli kəndində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Referans.az report.az-a istinadən xəbər verir ki, avtomobil yolu keçən 1966-cı il təvəllüdlü İsmayılova Yeganə Hüseyin qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.