Terrorçuları bu ölkələrlə birlikdə məhv etməliyik - Hakan Fidan
![terrorculari-bu-olkelerle-birlikde-mehv-etmeliyik-hakan-fidan-1737898015](https://www.referans.az/storage/news/2025/01/26/hakan_fidan_1737897960-full.jpg)
26.01.2025
-
17:52
|
|
"Türkiyə, Suriya və İraq terrorçuları birlikdə məhv etməlidir".
Referans.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bağdadda İraq Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O, bildirib ki, üç ölkə PKK və İŞİD terror təşkilatlarına qarşı birgə mübarizə aparmalıdır.
“İraqdan gözləntimiz PKK-nı terror təşkilatı kimi tanımasıdır”, - H.Fidan qeyd edib. /publika.az