HƏMAS atəşkəsi pozdu – İsrailin cavabı nə olacaq?
![hemas-ateskesi-pozdu-israilin-cavabi-ne-olacaq-1737988329](https://www.referans.az/storage/news/2025/01/27/hemas_1_1737988179-full.jpg)
İsrail rəsmiləri İsrail-HƏMAS atəşkəs razılaşmasının sonuncunun qaydalara əməl etməməsi səbəbindən pozulduğuna dair açıqlamalar verir. Yanvarın 19-da əldə edilən razılığa görə, tərəflər qarşılıqlı şəkildə girovların geri qaytarılmasını təmin etməli idi. İsrailin Baş naziri Benyamin Netanyahunun ofisindən verilən məlumata əsasən, geri qaytarılması nəzərdə tutulan girovlardan biri Arbel Yehud azad edilməyib. Həmçinin girovların siyahısı təqdim olunmayıb.
Atəşkəs razılaşması pozula, geniş müharibə başlaya bilərmi?
Referans.az xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, bir müddət əvvəl Qəzzada əldə olunan razılıq hələ kövrəkdir və tam oturuşmayıb:
“Mövcud vəziyyət onu deməyə əsas verir ki, atəşkəsin pozulmasında maraqlı olan güclər var. Xüsusilə də Qərb dairələri bu istiqamətdə aktivliyi ilə fərqlənir. Sözügedən prosesi gələcək perspektivdə İrana qarşı təzyiq aləti kimi istifadə etmək planlarının olduğu da istisna edilmir. Ona görə də hər vəchlə razılaşmasının pozulmasına çalışırlar.
İsrail və HƏMAS arasındakı atəşkəs razılaşmasının gərginliyi tam arxada qalması kimi dəyərləndirmək doğru deyil. Əksinə hazırda “fırtına öncəsi səssizlik” müşahidə edilir. Tərəflərdən birinin digərini yaxın günlərdə atəşkəsi pozmaqda ittiham edərək böyük hücuma keçməsi mümükündür”.
Kənan Novruzov
Siyasi şərhçinin sözlərinə görə, ehtimal olunan böyük gərginlik nə İsrailin, nə də HƏMAS-ın birbaşa öz istəyi ilə baş tutacaq:
“Bu iki tərəf öz milli maraqları çərçivəsində çıxış etmir. Yəni qərarları tək başına almırlar. Hər ikisinin də arxasında müəyyən güclər, havadralar var. Onların isə başlıca amalı müharibənin davam etməsi və regionda gərginliyin hələ uzun müddət qalmasıdır. Buna əsasən həmin qüvvələrdən gələn göstərişlər fonunda deyə bilərik ki, yaxın perspektivdə İsrail-HƏMAS qarşıdurması daha böyük fazaya keçəcək”.