“Birbank”dakı problemlə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda Birbank mobil tətbiqinin fəaliyyətində müvəqqəti fasilələr yaranıb.
Referans.az xəbər verir ki, bu barədə Kapital Bankın mətbuat xidmətindən məlumat verilib. "Bank əməliyyatlarını rahat və fasiləsiz həyata keçirməyin müştərilərimiz üçün nə qədər vacib olduğunu anlayır, yaranan narahatlığın ən qısa zamanda həlli üçün tam gücümüzlə çalışırıq.
Həmçinin məlumat üçün bildirmək istəyirik ki, müştərilərimiz kartla POS-terminal, eləcə də Apple Pay və Google Pay ödənişlərini rahatlıqla edə bilərlər. Müştərilərimizə anlayışları üçün təşəkkür edirik", - deyə Bankdan bildirilib.
Qeyd edək ki, bu gün axşam saatlarından başlayaraq "Birbank" istifadəçiləri problemlə üzləşiblər. Tətbiqə daxil olan istifadəçilər kartlarının silinmiş olduğunu görürlər.