Muxtar Babayev İİB prezidenti ilə COP29-un uğurlarını müzakirə etdi
27.01.2025
-
22:14
|
|
Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Afrika Enerji Sammiti çərçivəsində İslam İnkişaf Bankının prezidenti Məhəmməd Əl-Casir ilə ikitərəfli görüş keçirib.
Referans.az xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
Onlar COP29-un uğurlarını, xüsusən də Bakının maliyyə hədəfini, eləcə də 1,3 trilyon dollarlıq məqsədə çatmağın yollarını nəzərdən keçiriblər.