Azərbaycanda daha bir azyaşlı uşaq öldü - SƏBƏB

28.01.2025 - 10:48
|
|
İsmayıllıda azyaşlı dərmandan zəhərlənib.
Referans.az xəbər verir ki, 3 yaşlı Şiralı Ramil oğlu Tahirov yaşadığı evdə dərmandan zəhərlənmə ilə Göyçay rayon xəstəxanasına gətirilib.
Lakin xəstəxanada görülən tədbirlərə baxmayaraq, azyaşlını xilas etmək mümkün olmayıb.
Araşdırma aparılır./lent.az