Tramp prezident kimi ilk bu lideri qarşılayacaq
![tramp-prezident-kimi-ilk-bu-lideri-qarsilayacaq-1738094222](https://www.referans.az/storage/news/2025/01/28/hialwh1vtz8_1738094159-full.jpg)
28.01.2025
-
23:55
|
|
ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu fevralın 4-də görüşəcəklər.
Referans.az xəbər verir ki, bu barədə İsrail Baş Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Görüşün Ağ Evdə baş tutacağı deyilir. Söhbət zamanı Qəzzada atəşkəs də daxil olmaqla, bölgədə cərəyan edən hadisələrin müzakirəsi planlaşdırılır.
Qeyd edək ki, Donald Trampın ikinci dəfə prezident seçilməsindən sonra Ağ Evdə qarşılanacaq ilk xarici ölkə lideri məhz Netanyahu olacaq./globalinfo.az