Hövsan sakinlərinin evinə ayaq açan NATƏMİZLİK... - Suraxanı rayon İcra Hakimiyyəti hara baxır? / FOTOLAR

hovsan-sakinlerinin-evine-ayaq-acan-natemizlik-suraxani-rayon-icra-hakimiyyeti-hara-baxirnbsp-1738137784
|
|

Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu adlanan ərazidə yaşayan sakinlər tərəfindən redaksiyamıza şikayətlər daxil olub.


Referans.az xəbər verir ki, sözügedən ərazidə yerləşən küçələrdən birində yaranan antisanitar vəziyyət küçədən keçənləri təngə gətirib. 


Ərazidə yaşayanların iddialarına görə, küçə artıq bir neçə aydır ki, məişət tullantıları ilə dolub daşır. Buna baxmayaraq, aidiyyatı qurum nə ərazini təmizləmir, nə də həmin küçədə yaşayan sakinlərə yaratdıqları natəmizliklə bağlı xəbərdarlıq etmir. 


İddialara görə, sözügedən küçədə bəzən müxtəlif heyvan cəsədlərinə də rast gəlinir. Bu isə birbaşa xəstəlik mənbəyi və Hövsan sakinlərinin evinə ayaq açan təhlükədir. 


Görüntüləri təqdim edirik: