"Baku Bus"ın sürücüsü sükan arxasında infarkt keçirdi - QƏZA OLDU
31.01.2025
-
09:36
|
|
Maştağa qəsəbəsində “Baku Bus”a məxsus marşrut avtobusu qəza törədib.
Referans.az APA-ya istinadən xəbər verir ki, hadisəyə səbəb sürücünün sükan arxasında infarkt keçirməsi olub.
Qeyd edək ki, avtobus depoya getdiyi üçün boş olub.
Hadisə zamanı xəsarət alan olmayıb.