Mirhüseyn Seyidovun növbəti məhkəmə prosesi bu gün baş tutacaq - Nələr gözlənilir?
Millinin və “Keşlə”nin keçmiş yarımmüdafiəçisi Mirhüseyn Seyidovun AFFA-ya qarşı qaldırdığı iddia ilə bağlı məhkəmə prosesinin növbəti mərhələsi bu gün baş tutacaq.
Keçmiş futbolçunun vəkili Elcan Həsənli Referans.az-a açıqlamasında bu haqda danışıb.
“Bugün məhkəmə prosesinə məhkəməyə növbəti hazırlıq iclası keçiriləcək. Qarşı tərəf məsələ üzrə mübahisənin məhkəmədə baxılmalı olmadığına istinad edir və iş üzrə icraata xitam verilməsi barədə məhkəməyə vəsatət təqdim edib. Bugünki prosesdə məhkəmə məhz bu məsələyə baxacaq və bu məsələ ilə bağlı öz qərarını verəcək”.
Qeyd edək ki, “Keşlə” klubunun futbolçusu Mirhüseyn Seyidov 2017-ci ildə futboldan ömürlük olaraq uzaqlaşdırılıb. Səbəb isə AFFA İntizam Komitəsinin onu oyun alğı-satqısında günahlandırması olub.
Fidan Vəlisoy