Trampla Netanyahu görüşür – Nəyi müzakirə edəcəklər?
![trampla-netanyahu-gorusur-neyi-muzakire-edecekler-1738353104](https://www.referans.az/storage/news/2025/01/31/990f51c0dcb307981a00ffc50851ab7b_1738353034-full.jpg)
31.01.2025
-
23:52
|
|
Gələn həftənin çərşənbə günü ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında görüş olacaq.
Referans.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Bildirilib ki, liderlər arasında iki görüşün keçiriləcəyi planlaşdırılır. Tramp və Netanyahu işgüzar görüşdən sonra qeyri-rəsmi şam yeməyi üçün bir araya gələcəklər.
Görüş Qəzzada 15 ay davam edən münaqişəyə müvəqqəti fasilə gətirən altıhəftəlik atəşkəs fonunda baş tutacaq.