Şamaxıda azyaşlı qidadan zəhərlənib öldü
01.02.2025
-
19:21
|
|
Şamaxıda azyaşlı zəhərlənərək ölüb.
Referans.az xəbər verir ki, rayon sakini 9 yaşlı Maqsud Cəbrayıllı zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.
Lakin görülən tədbirlərə baxmayaraq, uşağı xilas etmək mümkün olmayıb. Onun qidadan zəhərləndiyi ehtimal edilir.
Araşdırma aparılır. /lent.az