Əhaliyə XƏBƏRDARLIQ - fevralın 4-ü axşam saatlarında…
![ehaliye-xeberdarliq-fevralin-4-u-axsam-saatlarinda-1738485194](https://www.referans.az/storage/news/2025/02/02/82635f4578d28c68d4a4ba79f7a6c9a1_1738485188-full.jpeg)
02.02.2025
-
12:32
|
|
Fevral ayında Yer kürəsində bir sıra maqnit qasırğaları gözlənilir ki, bu da meteohəssas insanlara təsir göstərə bilər.
Referans.az Musavat.com - a istinadən xəbər verir ki bu barədə məlumatı ABŞ Milli okeanoqrafiya və atmosfer agentliyi (NOAA) yayıb.
NOAA-ya görə, fevralın 1, 2, 17 və 20-də mülayim, 4, 5, 18, 19 və 24-də isə güclü maqnit qasırğaları baş verəcək.
Xüsusilə fevralın 4-ü axşam saatlarında pik aktivlik gözlənilir. Bu dövrdə baş ağrıları, qan təzyiqi problemləri və yorğunluq halları arta bilər. Meteohəssas insanlar və xroniki xəstəlikləri olanlar ehtiyatlı olmalıdır.