AFFA-nın baş katibi istefa verib? 

affa-nin-bas-katibi-istefa-veribnbsp-1738588237
|
|

  AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Sərxan Hacıyev vəzifəsindən ayrılıb.

Referans.az sportinfo.az-a istinadən xəbər verir ki, S.Hacıyev federasiya rəhbərliyi ilə aralarında yaranan narazılığa görə postunu tərk edib.

Onun istefasının yaxın saatlarda açıqlanacağı bildirilir.

AFFA-nın mətbuat xidməti isə saytımıza açıqlamasında xəbəri təkzib edib: “Bu yanlış məlumatdır”.