ABŞ-da təyyarə qəzasında həlak olan idmançıların sayı açıqlandı

abs-da-teyyare-qezasinda-helak-olan-idmancilarin-sayi-aciqlandi-1738609311
|
|

  Vaşinqtonda təyyarə qəzası nəticəsində 28 konkisürən, məşqçi və onların ailə üzvləri həlak olub.

Referans.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində ABŞ Fiqurlu Konkisürmə Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Qurbanlar arasında 11 aktiv idmançı olub.

Yanvarın 29-da ABŞ fiqurlu konkisürmə çempionatının keçirildiyi Kanzas ştatının Viçita şəhərindən havaya qalxan təyyarə Vaşinqton səmasında hərbi helikopterlə toqquşub və Potomak çayına düşüb. Təyyarədə 60-dan çox sərnişin və ekipaj üzvü, o cümlədən konkisürmə üzrə 1994-cü il dünya çempionları Yevgeniya Şişkova və Vadim Naumov, SSRİ çempionatının bürünc mükafatçısı İnna Volyanskaya və keçmiş rusiyalı fiqurlu konkisürən Aleksandr Kirsanov da olub. Onların hamısı ölüb.