Ərdoğan Suriya lideri ilə bağlı BELƏ QƏRAR VERDİ

erdogan-suriya-lideri-ile-bagli-bele-qerar-verdi-1738685291
|
|

  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası Suriyanın müvəqqəti hökumətinin başçısı Əhməd əl-Şaraanın ölkəyə səfəri üçün təyyarə ayırıb.

Referans.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti məlumat yayıb.

“Suriya Prezidenti Əhməd əl-Şaraa və xarici işlər naziri Əsəd Həsən Şeybani Türkiyəyə səfərə gediblər . Türkiyə prezidenti onlar üçün xüsusi təyyarə ayırıb”, - deyə məlumatda bildirilir.

Bir gün əvvəl "Reuters" agentliyi mənbələrə istinadən xəbər verib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya keçid hökumətinin prezidenti Əhməd əl-Şaraa Ankarada danışıqlarda Suriyada türk aviabazalarının yaradılması imkanını müzakirə edəcəklər.