Ərdoğandan suriyalı həmkarına vəd: “Hazırıq”
04.02.2025
-
23:12
|
|
“Türkiyə Suriyanın bərpasına dəstək verəcək”.
Referans.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada suriyalı həmkarı Əhməd əş-Şara ilə görüşü zamanı deyib.
“Suriyanın xarabalığa çevrilən şəhərlərinin yenidən qurulmasına dəstək verməyə hazırıq. Suriyanın iqtisadi inkişafı sürətləndikcə könüllü qayıdışlar da sürətlənəcək”, – deyə Ərdoğan bildirib.