Bu ölkədə güclü zəlzələ baş verdi - Dağıntı və ölüm…
05.02.2025
-
09:21
|
|
İndoneziya sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Referans.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 101 min insanın yaşadığı Ternate şəhərindən 99 km şimal-qərbdə yerləşib.
Yeraltı təkanların ocağı 103 km dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.