Ağdərədə ermənilərə məxsus silahlar aşkarlandı – FOTO 

agderede-ermenilere-mexsus-silahlar-askarlandi-fotonbsp-1738760232
|
|

Qarabağ bölgəsində ərazidə mühəndis işləri aparılan zaman Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus silah-sursat aşkar edilib.


Referans.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində Ağdərə rayonu ərazisində aşkar edilən 1 ədəd SVD silahı, 1 ədəd RPK-74M, 1 ədəd AK-74M, 1 ədəd əl qumbaraatanı, 2 ədəd gecə görmə cihazı və 1 ədəd avtomat silahı üçün səsboğucu müsadirə edilib.


Azad edilən ərazilərdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

Ağdərədə silah-sursat aşkar edilib - FOTO