Azərbaycanın bütün məktəblərində telefon qadağan ediləcək
![azerbaycanin-butun-mekteblerinde-telefon-qadagan-edileceknbsp-1738845301](https://www.referans.az/storage/news/2025/02/06/img_36021738842256_1738845291-full.jpg)
06.02.2025
-
16:44
|
|
Yeni tədris ilində bütün ölkə məktəblərində şagird davranış qaydalarının tətbiqi planlaşdırılır.
Referans.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
O qeyd edib ki, şagird davranış qaydaları 329 məktəbdə 2 tədris ili pilot olaraq tətbiq edilib.
"Pilot müəssisələrdə monitorinqlər həyata keçirilib və müsbət geridönüşlər əldə edilib", - nazir bildirib.
Qeyd edək ki, şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris prosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub.