"Qarabağ" bu dəfə çətinliklə qələbə qazandı
![qarabag-bu-defe-cetinlikle-qelebe-qazandi-1738861027](https://www.referans.az/storage/news/2025/02/06/17388592094324527142_1200x630_1738860949-full.jpg)
06.02.2025
-
21:00
|
|
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Referans.az xəbər verir ki, son matçda "Səbail" və "Qarabağ" komandaları üz-üzə gəliblər. "ASCO Arena"dakı qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 35-ci dəqiqədə Yassin Benzia vurub.
Qeyd edək ki, 1/4 final mərhələsinin əvvəlki matçlarında "Neftçi" səfərdə "Kəpəz"i iki, "Araz-Naxçıvan" evdə "Zirə"ni bir cavabsız qolla üstələyib, "Sabah" - "Sumqayıt" matçında isə qolsuz heç-heçə qeydə alınıb. Bu raundun cavab görüşləri fevralın 27-28-də keçiriləcək./publika.az