Şahdağda qar fəlakəti: "Hummer" tərsinə aşdı - sürücü və həyat yoldaşı... 

sahdagda-qar-felaketi-hummer-tersine-asdi-surucu-ve-heyat-yoldasinbsp-1738925548
|
|

Fevralın 6-da Şahdağda Qusar rayonunun Laza kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


Referans.az xəbər verir ki, bu barədə oxu.az-a Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev məlumat verib.

O bildirib ki, hadisə saat 18 radələrində baş verib.


"Şahdağ yolu, Laza kənd ərazisində qeydə alınan hadisə zamanı nəqliyyat vasitəsində iki nəfər - sürücü və həyat yoldaşı olub. Qarla əlaqədar olaraq sürüşmə baş verib, "Hummer" markalı nəqliyyat vasitəsi tərsinə banı üzərinə aşıb. Hadisə zamanı xəsarət alan olmayıb".