Bu ərazidə güclü zəlzələ oldu
![bu-erazide-guclu-zelzele-oldu-1738934488](https://www.referans.az/storage/news/2025/02/07/image_750x_67a5cfa908773_1738934453-full.jpg)
07.02.2025
-
17:30
|
|
İndoneziyanın Sumatra adasının sahilində yerləşən Bonqkulu şəhərindən 851 km cənub-qərbdə, Hind okeanında 5,9 bal gücündə güclü zəlzələ baş verib.
Referans.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.
Zəlzələlər Kokos adaları qrupuna daxil olan "Home Island"dan 254 km şimalda və şimal-şərqdə qeydə alınıb.