Gənci elektrik cərəyanı vurdu, qolları yandı
![genci-elektrik-cereyani-vurdu-qollari-yandi-1739032603](https://www.referans.az/storage/news/2025/02/08/ambulans_399x251_1739032561-full.jpg)
08.02.2025
-
20:37
|
|
Ağdamda 21 yaşlı gənci elektrik cərəyanı vurub.
Referans.az Trend-ə istinadla xəbər verir ki, hadisə zamanı gəncin hər iki qolu yanıb.
Rayon sakini 2004-cü il təvəllüdlü Alışov Tacəddin Məhiyyədin oglu elektrik xəttində təmir işi apararkən elektrik xəttində yaranan qısaqapanmadan onun hər iki qolu yanıb. Yaralı ağır dərəcəli yanıq xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yanıq xəsarəti ağır olduğundan ona ilkin yardım göstərilib paytaxt xəstəxanalarından birinə göndərilməsi işləri görülür.
Faktla bağlı araşdırma aparılır.