Bakı-Tiflis-Bakı qatarı fəaliyyətə başlayıb? - ADY rəsmisi AÇIQLADI
![baki-tiflis-baki-qatari-fealiyyete-baslayib-ady-resmisi-aciqladinbsp-1739183229](https://www.referans.az/storage/news/2025/02/10/ptbzkwp_1739183222-full.png)
10.02.2025
-
14:49
|
|
Son günlər Bakı-Tiflis-Bakı qatarının fəaliyyətə başlaması ilə bağlı müxtəlif məlumatlar yayılıb.
Referans.az xəbər verir ki, bununla bağlı Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev Ajans.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, hazırda xüsusi karantin rejimi davam edir və quru sərhədlər bağlıdır. Buna görə də beynəlxalq istiqamətdə sərnişindaşıma fəaliyyəti dayandırılmış vəziyyətdədir.