Biləsuvarda bullinqə məruz qalan şagird özünü öldürdü - DETALLAR
![bilesuvarda-bullinqe-meruz-qalan-sagird-ozunu-oldurdu-detallarnbsp-1739189741](https://www.referans.az/storage/news/2025/02/10/vjrnhno_1739189732-full.png)
10.02.2025
-
16:23
|
|
Biləsuvarda baş verən intihar hadisəsinin təfərrüatı məlum olub.
Referans.az Oxu.Az-a istinadla xəbər verir ki, özünü öldürən Simuzər Heydərova 11-ci sinif şagirdi olub.
Onun məktəbdə bullinqə məruz qaldığı iddia edilib. Qeyd edilib ki, Simuzər sinif yoldaşları tərəfindən ələ salınırmış. O, dərslərində kifayət qədər yaxşı nəticə göstərib.
Qeyd edək ki, hadisə 8 fevral gecə saatlarında məcburi köçkünlər üçün tikilən 6 saylı qəsəbədə baş verib.
17 yaşlı Simuzər Yaşar qızı Heydərova yaşadığı evin həyətində özünü asıb.
Faktla bağlı araşdırma aparılır.